Yuxarı

​İtaliya 2 mindən çox qaçqını xilas edib

Xilasetmə işlərinə müxtəlif dövlətlərin gəmiləri cəlb olunub

Bakı. 8 iyun. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidməti Siciliya körfəzində 2 mindən çox qaçqına yardım göstərib.

“Report” xəbər verir ki, iyunun 7-də Siciliya körfəzində aparılan 15 əməliyyat zamanı 2 min 371 qaçqın xilas edilib.

Xidmətin yaydığı məlumata görə, köməklik 12 qayıq və üç gəmidə Liviya sahillərindən təqribən 80 km aralıda qəzaya uğrayan qaçqınlara göstərilib.

Xilasetmə işlərinə müxtəlif dövlətlərin, eləcə də, Avropanın “Fronteks” missiyasının gəmiləri cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi