İsrailin Nazirlər Kabineti Aviqdor Libermanın müdafiə naziri təyin olunmasına yekdilliklə səs verib

İsrailin Nazirlər Kabineti Aviqdor Libermanın müdafiə naziri təyin olunmasına yekdilliklə səs verib A.Libermanın müdafiə naziri vəzifəsinə təyin olunması Nazirlər Kabinetində əldə olunan razılıq və islahatlar sayəsində mümkün olub
Digər ölkələr
30 May , 2016 14:12
İsrailin Nazirlər Kabineti Aviqdor Libermanın müdafiə naziri təyin olunmasına yekdilliklə səs verib

Bakı. 30 may. REPORT.AZ/ İsrailin Nazirlər Kabineti Aviqdor Libermanın müdafiə naziri postuna təyin olunmasına yekdilliklə səs verib.

"Report" xəbər verir ki, A.Libermanın müdafiə naziri vəzifəsinə təyin olunması Nazirlər Kabinetində əldə olunan razılıq və və İsrailin bir sıra siyasi partiyaları tərəfindən bəyənilən islahatlar sayəsində mümkün olub.

Qeyd edək ki, əvvəlki müdafiə naziri Moşe Yaalon baş nazir Binyamin Netanyahu ilə fikir ayrılığı səbəbindən istefa verib. 

"Bizim evimiz - İsrail" partiyasının lideri Aviqdor Liberman bundan əvvəl xarici işlər naziri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi