İŞİD silahlıları Mosulda 22 dinc sakini edam edib

İŞİD silahlıları Mosulda 22 dinc sakini edam edib Terrorçular sakinləri təxminən dörd ay ərzində Mosuldakı həbsxanalardan birində saxlayıblar
Digər ölkələr
27 Oktyabr , 2016 14:44
İŞİD silahlıları Mosulda 22 dinc sakini edam edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları Mosul şəhərində 22 dinc sakini edam edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"İŞİD silahlıları bu gün Mosulun mərkəzində 22 dinc sakini xüsusi xidmət orqanları və peşmərgə dəstələri ilə sövdələşmədə ittiham edərək elektrik cərəyanı ilə edam edib", - deyə mənbə "Al Sumaria" telekanalına bildirib. Mənbənin məlumatına görə, İŞİD sakinləri təxminən dörd ay ərzində Mosuldakı həbsxanalardan birində saxlayıb.

Xatırladaq ki, Mosulun İŞİD silahlılarından azad olunması üzrə əməliyyat oktyabrın 17-dən davam edir. ABŞ ordu generalı Cosef Votel bildirib ki, əməliyyatın əvvəlindən indiyə qədər 800-900 silahlı məhv edilib.

Son xəbərlər

Orphus sistemi