İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib

İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib Bununla yanaşı terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər
Digər ölkələr
21 May , 2016 06:45
İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib

Bakı. 21 May. REPORT.AZ/ İŞİD terror qruplaşması özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.

"Report" xəbər verir ki, bu haqda Sputnik agentliyi şahidlərə istinadən məlumat yayıb. 

Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.

Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.

İŞİD silahlıları məhbusları da həbsxanalardan buraxıblar.

Son xəbərlər

Orphus sistemi