Yuxarı

İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib

Bununla yanaşı terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər

Bakı. 21 May. REPORT.AZ/ İŞİD terror qruplaşması özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.

"Report" xəbər verir ki, bu haqda Sputnik agentliyi şahidlərə istinadən məlumat yayıb. 

Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.

Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.

İŞİD silahlıları məhbusları da həbsxanalardan buraxıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi