İŞİD liderinin keçmiş həyat yoldaşı Avropada yaşamaq istəyini bildirib

İŞİD liderinin keçmiş həyat yoldaşı Avropada yaşamaq istəyini bildirib Saca ad-Duleymi: "Mən ərəb yox, Avropa ölkələrinin birində yaşamaq istəyirəm"
Digər ölkələr
1 Aprel , 2016 10:54
İŞİD liderinin keçmiş həyat yoldaşı Avropada yaşamaq istəyini bildirib

Bakı. 1 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin keçmiş həyat yoldaşı Saca ad-Duleymi qızı ilə birgə Avropaya köçmək istədiyini deyib.

"Report" CNN-ə istinadən xəbər verir ki, o, bu barədə İsveç telekanalı "Expressen TV"yə müsahibəsində bildirib.

"Mən ərəb yox, Avropa ölkələrinin birində yaşamaq istəyirəm. Uşaqlarımın sağlam yaşayıb, təhsil almalarını istəyirəm. Hətta ana terrorçu əl-Bağdadinin arvadı olubsa belə, bunda uşaqların nə günahı var?", - deyə 28 yaşlı qadın vurğulayıb.

O, əl-Bağdadi ilə ayrıldığını və terrorizmlə heç bir əlaqəsinin olmadığını söyləyib: "Biz boşanmışıq. Mən ondan ayrıldım, o məndən yox".

Saca ad-Duleymi cəmi üç ay əl-Bağdadi ilə evli olub, amma o, terrorçunun ən məşhur arvadlarından biri hesab olunur. Hətta terrorçular arasındakı təsir qüvvəsinə görə ona Xəlifessa ləqəbi də verilmişdi. Üzünü hicabla gizlətməyən xanım bütün dünya qadınlarını İŞİD-ə qoşulmağa çağırırdı.

Son xəbərlər

Orphus sistemi