​İŞİD-in emalatxanasının bombalanması nəticəsində 200-dən çox insan ölüb

​İŞİD-in emalatxanasının bombalanması nəticəsində 200-dən çox insan ölüb Koalisiya qüvvələri Xavicdəki partlayıcı qurğular istehsal edən emalatxananı bombalayıb
Digər ölkələr
5 İyun , 2015 14:33
​İŞİD-in emalatxanasının bombalanması nəticəsində 200-dən çox insan ölüb

Bakı. 5 iyun. REPORT.AZ/ İraqın Xavic şəhərində İŞİD-ə məxsus bomba istehsal edilən emalatxananın koalisiya qüvvələri tərəfindən bombalanması nəticəsində 200-dən çox insan ölüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Kərkükün təhlükəsizlik üzrə yerli şuranın üzvü Məhəmməd əl-Cuburi bildirib.

Onun sözlərinə görə, hadisə ötən gecə baş verib. ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələri Xavicdəki partlayıcı qurğular istehsal edən emalatxananı bombalayıb.

Bombardman nəticəsində 200-dən çox adamın ölməsi ilə yanaşı, azı 28 ev dağılıb. 

Son xəbərlər

Orphus sistemi