Bakı. 11 mart. REPORT.AZ/ İŞİD terror qruplaşması İsrail casusu olduğu iddia edilən 21 yaşlı ərəb gənci edam edib.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, internetdə yayılan videoda narıncı paltar geyinmiş Muhammed Said İsmail Musallem adlı gənc casus olduğunu "etiraf edərək" deyir ki, Suriyaya İŞİD-lə bağlı məlumatları toplayıb İsrailə ötürmək üçün gəlib.
Daha sonra 12 yaşlı olduğu ehtimal olunan yeniyetmə "casus"un başını hədəf alır və atəş açır.