​İraqın Ərbil şəhərində otel yanıb, 17 nəfər ölüb

​İraqın Ərbil şəhərində otel yanıb, 17 nəfər ölüb Yanğının səbəbləri hələ ki məlum deyil
Digər ölkələr
6 Fevral , 2016 08:56
​İraqın Ərbil şəhərində otel yanıb, 17 nəfər ölüb

Bakı. 6 fevral. REPORT.AZ/ İraqın Ərbil şəhərindəki mehmanxanalardan birində baş verən yanğın nəticəsində 17 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru məlumat verib. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti əcnəbilərdir.

"Today" nəşrinin məlumatına görə, 14 Filippin vətəndaşı, iki iraqlı və bir fələstinli yanğının qurbanı olub.

Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri hələ ki, müəyyən edilməyib.

Ərbil şəhəri İraqın Kürdistan Muxtariyyətinin paytaxtıdır.

Son xəbərlər

Orphus sistemi