​İraqda partlayış nəticəsində 4 nəfər ölüb

​İraqda partlayış nəticəsində 4 nəfər ölüb Bombanı terrorçu-kamikadze işə salıb
Digər ölkələr
8 Noyabr , 2015 18:57
​İraqda partlayış nəticəsində 4 nəfər ölüb

Bakı. 8 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şərqində törədilən partlayış nəticəsində ən azı 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə bazar günü "BBC - Arabia" telekanalı məlumat yayıb.

İraq polisinin məlumatına görə, Bağdadın şərqində, əhalisinin əksəriyyəti şiə-müsəlmanlar olan Əs-Sədr qəsəbəsində bombanı terrorçu-kamikadze partladıb.

Son məlumata görə, insident nəticəsində ən azı 4 nəfər həlak olub, 16 nəfər qəlpə yarası alıb.

Ekstremist Kiyara məhəlləsində, insanların çox olduğu bazarda yerləşən polis məntəqəsi yaxınlığında özünü partladıb.

Terror aktı ilə bağlı heç bir ekstremist qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi