Yuxarı
    Bağlamaq

    ​İraqda partlayış nəticəsində 4 nəfər ölüb

    Bombanı terrorçu-kamikadze işə salıb

    Bakı. 8 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şərqində törədilən partlayış nəticəsində ən azı 4 nəfər həlak olub.

    "Report" xəbər verir ki, bu barədə bazar günü "BBC - Arabia" telekanalı məlumat yayıb.

    İraq polisinin məlumatına görə, Bağdadın şərqində, əhalisinin əksəriyyəti şiə-müsəlmanlar olan Əs-Sədr qəsəbəsində bombanı terrorçu-kamikadze partladıb.

    Son məlumata görə, insident nəticəsində ən azı 4 nəfər həlak olub, 16 nəfər qəlpə yarası alıb.

    Ekstremist Kiyara məhəlləsində, insanların çox olduğu bazarda yerləşən polis məntəqəsi yaxınlığında özünü partladıb.

    Terror aktı ilə bağlı heç bir ekstremist qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi