​İraqda gedən döyüşlərdə 1 700 Rusiya vətəndaşı iştirak edir

​İraqda gedən döyüşlərdə 1 700 Rusiya vətəndaşı iştirak edir Onların sayı 2014-cü ildə iki dəfə artıb
Digər ölkələr
20 Fevral , 2015 03:52
​İraqda gedən döyüşlərdə 1 700 Rusiya vətəndaşı iştirak edir

Bakı. 20 fevral. REPORT.AZ/ Təqribən 1 700 nəfər Rusiya vətəndaşı İraq ərazisində gedən döyüşlərdə iştirak edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hazırda Vaşinqtonda səfərdə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov məlumat verib.

FTX direktorunun sözlərinə görə, 2014-cü il ərzində münaqişə zonasında döyüşən rusların sayı iki dəfə artıb. Onun məlumatına görə, ümumilikdə "İraq-Şam İslam Dövləti"nin (İŞİD) tərəfindən 100 ölkədən 20 min əcnəbi döyüşür.

Son xəbərlər

Orphus sistemi