İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib

İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib “Türkiyə hərbi kontinqenti İraq ərazisinə icazəsiz daxil olub və dərhal ölkə ərazisii tək etməldir”
Digər ölkələr
5 Dekabr , 2015 06:59
İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Türk hərbi birliyinin zirehli texnikanın dəstəyi ilə İraqın şimalındaki Mosul şəhərinin yaxınlığında dislokasiya olması hərbi müdaxilə aktı kimi qiymətləndirir. "Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Türkiyə hərbi kontinqenti İraq ərazisinə icazəsiz daxil olub və dərhal ölkə ərazisini tərk etməldir”, - sənəddə deyilir. 

Qeyd edək ki, ötən axşam yayılan məlumata görə, 600-ə yaxın türk hərbçisi Mosul şəhərindən 30 kilometr şimalda yerləşən Başika qəsəbəsində kürd birliklərə (peşmerge) təlim keçmək məqsədi ilə bölgəyə daxil olub.

Son xəbərlər

Orphus sistemi