Yuxarı
    Bağlamaq

    İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib

    “Türkiyə hərbi kontinqenti İraq ərazisinə icazəsiz daxil olub və dərhal ölkə ərazisii tək etməldir”

    Bakı. 5 dekabr. REPORT.AZ/ Türk hərbi birliyinin zirehli texnikanın dəstəyi ilə İraqın şimalındaki Mosul şəhərinin yaxınlığında dislokasiya olması hərbi müdaxilə aktı kimi qiymətləndirir. "Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    “Türkiyə hərbi kontinqenti İraq ərazisinə icazəsiz daxil olub və dərhal ölkə ərazisini tərk etməldir”, - sənəddə deyilir. 

    Qeyd edək ki, ötən axşam yayılan məlumata görə, 600-ə yaxın türk hərbçisi Mosul şəhərindən 30 kilometr şimalda yerləşən Başika qəsəbəsində kürd birliklərə (peşmerge) təlim keçmək məqsədi ilə bölgəyə daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi