​İran XİN rəhbəri aprelin 12-də Qazaxıstana rəsmi səfər edəcək

​İran XİN rəhbəri aprelin 12-də Qazaxıstana rəsmi səfər edəcək Məhəmməd Cavad Zərifin Qazaxıstan prezidenti tərəfindən də qəbul ediləcəyi gözlənilir
Digər ölkələr
11 Aprel , 2015 13:40
​İran XİN rəhbəri aprelin 12-də Qazaxıstana rəsmi səfər edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 13-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İran XİN rəhbəri aprelin 12-13-də Astanada rəsmi səfərdə olacaq.

"Aprelin 13-də Qazaxıstan prezidentinin İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi qəbul edəcəyi gözlənilir", - Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Səfər çərçivəsində M.Zərifin Xarici İşlər Nazirliyində görüşlər keçirməsi və Qazaxıstan Humanitar Hüquq Universitetində mühazirə deməsi də planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi