Yuxarı

​İran XİN rəhbəri aprelin 12-də Qazaxıstana rəsmi səfər edəcək

Məhəmməd Cavad Zərifin Qazaxıstan prezidenti tərəfindən də qəbul ediləcəyi gözlənilir

Bakı. 11 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 13-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İran XİN rəhbəri aprelin 12-13-də Astanada rəsmi səfərdə olacaq.

"Aprelin 13-də Qazaxıstan prezidentinin İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi qəbul edəcəyi gözlənilir", - Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Səfər çərçivəsində M.Zərifin Xarici İşlər Nazirliyində görüşlər keçirməsi və Qazaxıstan Humanitar Hüquq Universitetində mühazirə deməsi də planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi