İƏT-in Kontakt qrupu Fələstin üçün beynəlxalq dəstək qazanmağa çalışır

İƏT-in Kontakt qrupu Fələstin üçün beynəlxalq dəstək qazanmağa çalışır Qrupun tərkibinə həmçinin azərbaycanlı diplomat da daxildir
Digər ölkələr
27 Fevral , 2015 19:27
İƏT-in Kontakt qrupu Fələstin üçün beynəlxalq dəstək qazanmağa çalışır

Bakı. 27 fevral. REPORT.AZ/ İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Fələstin və Şərqi Qüds üzrə Kontakt qrupu Fələstin üçün beynəlxaq dəstək əldə etmək məqsədilə dünya turnesinə çıxıb. 

"Report" İƏT mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 26-da nümayəndə heyəti Moskvaya gəlib, fevralın 28-də isə Pekinə yollanacaq. 

Qrupun tərkibinə Misirin xarici işlər naziri Samex Şükri, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki, İƏT baş katibi İyad Əmin əl-Mədəni və Azərbaycan XİN-in xüsusi diplomatik nümayəndəsi də daxildir. 

Qeyd edək ki, fevralın birinci yarısında nümayəndə heyəti Osloya səfər edib və Norveç XİN rəhbəri ilə görüşüb. 

Son xəbərlər

Orphus sistemi