"Hizbullah" Bəşər Əsədə yenidən aktiv dəstək verəcək

"Hizbullah" Bəşər Əsədə yenidən aktiv dəstək verəcək "Hizbullah"-a tabe olan hərbi birləşmələr "Əl-Nusra Cəbhəsi”nə hücum edəcək"
Digər ölkələr
6 May , 2015 07:35
Hizbullah Bəşər Əsədə yenidən aktiv dəstək verəcək

Bakı. 6 May. REPORT.AZ/ Livan mənşəli "Hizbullah" hərəkatının lideri Şeyx Həsən Nəsrallah bəyan edib ki, son həftələrdə Suriyanın bir neçə şəhərində hökümət qüvvələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirən müxalif "Əl-Nusra Cəbhəsi”nin qarşısı alınacaq.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Ş.H.Nəsrallah bildirib ki, "Hizbullah"-a tabe olan hərbi birləşmələr "Əl-Nusra Cəbhəsi”nə hücum edəcək.

"Suriyalı müxaliflər Livan ərazisinə də keçir və beləliklə bizlər üçün təhlükə mənbəyidir", - deyə Şeyx Həsən Nəsrallah vurğulayıb.

Xatırladaq ki, “Hizbullah” ötən il də Bəşər Əsəd qüvvələrinə hərbi dəstək vermişdi.

Son xəbərlər

Orphus sistemi