​Hindistanda naməlum silahlıların açdığı atəş nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

​Hindistanda naməlum silahlıların açdığı atəş nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb Polis atəş açanların "Assamın Milli Azadlıq Cəbhəsi" hərəkatı üzvləri olduğunu güman edir
Digər ölkələr
12 Avqust , 2016 23:17
​Hindistanda naməlum silahlıların açdığı atəş nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Hindistanın şimal-şərqindəki Assam ştatında silahlı şəxslərin açdığı atəş zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum silahlılar dini mərasimin keçirildiyi binaya atəş açıblar. Polis atəş açanların "Assamın Milli Azadlıq Cəbhəsi" hərəkatı üzvləri olduğunu güman edir.

Qeyd edək ki, avqustun 5-də bu ştatda silahlı şəxslərin açdığı atəş nəticəsində 14 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi