Yuxarı
    Bağlamaq

    ​Hindistanda naməlum silahlıların açdığı atəş nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

    Polis atəş açanların Assamın Milli Azadlıq Cəbhəsi hərəkatı üzvləri olduğunu güman edir

    Bakı. 12 avqust. REPORT.AZ/ Hindistanın şimal-şərqindəki Assam ştatında silahlı şəxslərin açdığı atəş zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

    "Report"un məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti yerli polisə istinadən məlumat yayıb.

    Məlumata görə, naməlum silahlılar dini mərasimin keçirildiyi binaya atəş açıblar. Polis atəş açanların "Assamın Milli Azadlıq Cəbhəsi" hərəkatı üzvləri olduğunu güman edir.

    Qeyd edək ki, avqustun 5-də bu ştatda silahlı şəxslərin açdığı atəş nəticəsində 14 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi