​Haitidə prezident seçkilərinin nəticələri ləğv edilib

​Haitidə prezident seçkilərinin nəticələri ləğv edilib I turun təkrar keçirilməsi oktyabrın 9-na təyin olunub
Digər ölkələr
7 İyun , 2016 01:35
​Haitidə prezident seçkilərinin nəticələri ləğv edilib

Bakı. 7 iyun. REPORT.AZ/ Haiti Müvəqqəti Seçki Şurası 2015-ci ilin oktyabr ayında keçirilən prezident seçkilərinin I turunun nəticələrini ləğv edib və yeni seçkilərin keçirilmə tarixini müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə Şura sədri Leopold Berlanje məlumat verib.

"Şura prezident seçkilərinin birinci turunun yenidən keçirilməsi barədə qərar qəbul edib", — deyə "Frans Press" onun sözlərini sitat gətirib.

Berlanjenin sözlərinə görə, birinci turun təkrar keçirilməsi cari ilin oktyabr ayının 9-na təyin olunub. Zərurət yaranacağı təqdirdə ikinci tur 8 yanvar 2017-ci ildə baş tutacaq.

Oktyabrın 26-da keçirilən prezident seçkilərinin I turunda 54 namizəd iştirak etmişdi. İkinci tura Jovenel Moiz ("Tet Kale" partiyası) və Jüd Selestan (Haitinin azadlığı və tərəqqisi uğrunda alternativ liqa) keçmişdi. Prezident Mişel Martelli seçkilərə qatılmamışdı.

Həmin gün müxtəlif qayda pozuntularına görə 70-dən çox insan saxlanılmışdı.

Son xəbərlər

Orphus sistemi