​Fransa ordusunun İraqda qalma müddəti uzadılıb

​Fransa ordusunun İraqda qalma müddəti uzadılıb Baş nazir: "Bizim missiyamız başa çatmayıb"
Digər ölkələr
14 Yanvar , 2015 16:12
​Fransa ordusunun İraqda qalma müddəti uzadılıb

Bakı.14 yanvar. REPORT.AZ/ Fransa ordusu İraqda İŞİD-ə qarşı beynəlxalq hərbi əməliyyatlarda fəaliyyətini davam etdirəcək.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ölkən parlamentinin hər iki palatası səs çoxluğu ilə qərar qəbul edib.

Fransa ordusunun İraqda qalma müddətinin uzadılması ilə bağlı qərarın lehinə 346 senatordan 327-si, Aşağı Palatasının 577 deputatından 488-i səs verib.

Səsvermədən öncə Fransanın baş naziri Manüel Vals çıxış edib. "Bizim missiyamız başa çatmayıb. Terrorçuluğa qarşı əsl müharibə ilə qarşı-qarşıyayıq", - o deyib. 

Son xəbərlər

Orphus sistemi