​Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb - VİDEO

​Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb - VİDEO Zavodda İŞİD terrorçuları kustar üsulla raket istehsal edirmiş
Digər ölkələr
4 Yanvar , 2016 03:15
​Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb - VİDEO

Bakı. 4 yanvar. REPORT.AZ/ Fransa aviasiyası şənbədən bazar gününə keçən gecə Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzvlərinin kustar üsulla raket istehsal etdikləri zavodu bombardıman edib.

"Report" xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.

İdarənin rəsmi məlumatında bildirilir ki, bu reydi Fransanın "Scalp" qanadlı raketləri ilə təchiz olunan dörd "Rafale" qırıcısı həyata keçirib.

Bombardımançılar "koalisiya təyyarələri ilə birgə hərəkət ediblər". Obyekt Hələb şəhərindən onlarla kilometr aralıda yerləşib.

Son xəbərlər

Orphus sistemi