​Filippində bərənin aşması nəticəsində 33 nəfər ölüb

​Filippində bərənin aşması nəticəsində 33 nəfər ölüb Hadisə yerində xilasetmə əməliyyatı başlayıb
Digər ölkələr
2 İyul , 2015 12:54
​Filippində bərənin aşması nəticəsində 33 nəfər ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Filippin sahillərində göyərtəsində 173 sərnişin olan bərənin aşması nəticəsində 33 nəfər ölüb.

"Report" "AFP"yə istinadən xəbər verir ki, bu haqda ölkə paytaxı Manilanın Sahil-Mühafizə Xidməti məlumat yayıb.

Xəbərə görə, bərə ölkənin Ormok şəhərindən Kamotes adasına doğru hərəkət edirmiş.

Hadisə yerində xilasetmə əməliyyatı başlayıb. Qəzanın səbəbləri haqda ətraflı məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi