Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb Parisin əsas turist məkanı tətil səbəbindən gün ərzində ziyarətçilər üçün bağlı qalacaq
Digər ölkələr
14 İyun , 2016 14:41
Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Fransanın Həmkarlar İttifaqları futbol üzrə Avropa çempionatının keçirilməsinə baxmayaraq, ölkədə tətilləri davam etdirir. 

"Report" TASS-a istinadən xəbər verir ki, etiraz aksiyalarına Eyfel qülləsinin işçi heyəti də qoşulub. 

Nəticədə Parisin əsas turist məkanı işçilərin tətil etməsi səbəbindən gün ərzində ziyarətçilər üçün bağlı qalacaq.

Yaxın zamanda Fransa paytaxtında, eləcə də digər böyük şəhərlərdə kütləvi etiraz aksiyaları keçiriləcək. Fransa Həmkarlar İttifaqları hökumətdən Nazirlər Kabinetinin ilin əvvəlində təqdim etdiyi mübahisəli əmək islahatından imtina olunmasını tələb edir. 

Son xəbərlər

Orphus sistemi