Britaniya əks-kəşfiyyatı: "Əl-Qaidə" Böyük Britaniyada terror aktları planlaşdırır

Britaniya əks-kəşfiyyatı: "Əl-Qaidə" Böyük Britaniyada terror aktları planlaşdırır "Əl-Qaidə" nəqliyyat infrastrukturu və mühüm obyektlərə hücumlar planlaşdırır
Digər ölkələr
9 Yanvar , 2015 11:18
Britaniya əks-kəşfiyyatı: Əl-Qaidə Böyük Britaniyada terror aktları planlaşdırır

Bakı. 9 yanvar. REPORT.AZ/ "Əl-Qaidə" ölkənin qərbində, xüsusilə də nəqliyyat infrastrukturu və mühüm obyektlərə hücumlar planlaşdırır. Böyük Britaniyada terror aktlarının baş verə biləcəyi ehtimalı böyükdür. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya MI5 əks-kəşfiyyat xidmətinin rəhbəri Endrü Parker bildirib. 

"İslam Dövləti" qruplaşması britaniyalıları zorakılığa təhrik etmək üçün sosial mediadan istifadə edərək, ölkədə terror aktlarını həyata keçirməyi planlaşdırır. Son aylar üç terror aktının qarşısı alınıb", - deyə, xidmət rəhbəri bildirib. 

Onun sözlərinə görə, Suriyada yaraqlıların tərəfində təxminən 600 britaniyalı döyüşüb və ya döyüşür, onlardan bir çoxu İraq və Suriyanın bir sıra rayonlarında fəaliyyət göstərən  "İslam Dövləti" qruplaşmasına qoşulub. 

Son xəbərlər

Orphus sistemi