Əfqanıstanın şimal-qərbində məsciddə partlayış baş verib

Əfqanıstanın şimal-qərbində məsciddə partlayış baş verib 10-dan çox adam xəsarət alıb
Digər ölkələr
26 Dekabr , 2015 12:09
Əfqanıstanın şimal-qərbində məsciddə partlayış baş verib

Bakı. 26 dekabr. REPORT.AZ/ Əfqanıstanın şimal-qərbində məsciddə baş verən partlayış nəticəsində 10-dan çox adam xəsarət alıb.

"Report" "Pajvak" agentliyinə istinadən xəbər verir ki, insident Baqlan vilayətində baş verib. Partlayıcı qurğu məscidin içində - dindarların daxildə olduğu zaman işə salınıb.

Hələlik bu terror hücumuna görə heç kim məsuliyyəti üzərinə götürməyib. Daha əvvəllər "Taliban" hərəkatının yaraqlıları oxşar terror aktları həyata keçirib.

Son xəbərlər

Orphus sistemi