Yuxarı

Əfqanıstanın şimal-qərbində məsciddə partlayış baş verib

10-dan çox adam xəsarət alıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Əfqanıstanın şimal-qərbində məsciddə baş verən partlayış nəticəsində 10-dan çox adam xəsarət alıb.

"Report" "Pajvak" agentliyinə istinadən xəbər verir ki, insident Baqlan vilayətində baş verib. Partlayıcı qurğu məscidin içində - dindarların daxildə olduğu zaman işə salınıb.

Hələlik bu terror hücumuna görə heç kim məsuliyyəti üzərinə götürməyib. Daha əvvəllər "Taliban" hərəkatının yaraqlıları oxşar terror aktları həyata keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi