​Əfqanıstanda "Taliban"ın prokurorluq binasına hücumu nəticəsində 5 nəfər öldürülüb

​Əfqanıstanda "Taliban"ın prokurorluq binasına hücumu nəticəsində 5 nəfər öldürülüb Baş həkim Xoca Nur Məhəmməd Faiz 25 nəfərin yaralandığını da qeyd edib
Digər ölkələr
9 Aprel , 2015 16:53
​Əfqanıstanda Talibanın prokurorluq binasına hücumu nəticəsində 5 nəfər öldürülüb

Bakı. 9 aprel. REPORT.AZ/ Əfqanıstanda terrorçu "Taliban" hərəkatı silahlılarının Bəlx əyalətinin Məzari-Şərif şəhər prokurorluğunun binasına basqını nəticəsində 5 nəfər, o cümlədən prokuror öldürülüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bir qrup silahlı prokurorluq binasına basqın edərək arası kəsilmədən atəş açıb.

Məlumatda bildirilib ki, çoxlu sayda ölən və yaralananlar var. Məzari-Şərif şəhərindəki xəstəxananın baş həkimi Xoca Nur Məhəmməd Faizin sözlərinə görə, xəstəxanaya prokuror və polis də daxil olmaqla 5 nəfərin meyiti gətirilib. O, 25 nəfərin yaralandığını da qeyd edib.

Binaya hücumun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi