​Əfqanıstanda məktəb yaxınlığında partlayış törədilib: 6 nəfər ölüb, 15 nəfər yaralanıb

​Əfqanıstanda məktəb yaxınlığında partlayış törədilib: 6 nəfər ölüb, 15 nəfər yaralanıb Ölənlərdən biri polis əməkdaşıdır
Digər ölkələr
5 Aprel , 2016 10:51
​Əfqanıstanda məktəb yaxınlığında partlayış törədilib: 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Əfqanıstanın Pərvan əyalətinin mərkəzi hissəsində, Siyagərd rayonunda səhər saatlarında terrorçu-kamikadzenin partlayıcı maddə yüklü avtomobili partlatması nəticəsində 6 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, bu haqda rayon rəhbəri Səid Sidiqqi bildirib.

Məlumata görə, partlayış yerli məktəbin yaxınlığında törədilib. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqların da olduğu bildirilib. Xəbərə əsasən, ölənlərdən biri polis əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi