Bakı. 12 may. REPORT.AZ/ Bu gün Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində mülkü vətəndaşa məxsus avtomobilin yolda minaya düşməsi nəticəsində 5 dinc sakin ölüb, 3-ü yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Khaama" saytı məlumat yayıb.
Xəbərə görə, hadisə əyalətin Ərkistan və Məaruf rayonlarının sərhədində baş verib.