Bakı. 25 iyun. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin üzvləri son sutka ərzində İŞİD terror qruplaşmasının azı 43 yaraqlısını məhv edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, güc orqanlarının əməkdaşları Əfqanıstan-Pakistan sərhədində yerləşən Nanqarhar əyalətində 40 terrorçunu öldürüb, 22 yaraqlını isə yaralayıb. Ölkənin mərkəzi hissəsində yerləşən Qəzni əyalətində isə İŞİD-in 3 üzvü məhv edilib.