​Danimarka ekstremizmlə mübarizəyə 150 mln. dollar sərf edəcək

​Danimarka ekstremizmlə mübarizəyə 150 mln. dollar sərf edəcək Plan xüsusi xidmət orqanlarına ayrılan maliyyənin artırılmasını nəzərdə tutur
Digər ölkələr
20 Fevral , 2015 00:48
​Danimarka ekstremizmlə mübarizəyə 150 mln. dollar sərf edəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Danimarka Kopenhagenin mərkəzində baş verən iki silahlı insidentdən sonra ölkədə və xaricdə terrorçuluqla mübarizə proqramını işə salıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, Danimarka hakimiyyəti anti-terror tədbirlərinə 150 milyon dollar sərf etməyi planlaşdırır.

Plan Danimarka xüsusi xidmət orqanlarına ayrılan maliyyə vəsaitlərinin artırılmasını nəzərdə tutur ki, bu da əməkdaşlara "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qoşulmaq istəyən danimarkalıların xaricə getməsinə yaxşı nəzarət etmək imkanı verəcək.

Qeyd olunur ki, ayrılacaq vəsaitin demək olar ki, yarısı hərbi kəşfiyyatın fəaliyyətinin maliyyələşdirilməsinə yönələcək.

Son xəbərlər

Orphus sistemi