Yuxarı
    Bağlamaq

    ​Danimarka ekstremizmlə mübarizəyə 150 mln. dollar sərf edəcək

    Plan xüsusi xidmət orqanlarına ayrılan maliyyənin artırılmasını nəzərdə tutur

    Bakı. 20 fevral. REPORT.AZ/ Danimarka Kopenhagenin mərkəzində baş verən iki silahlı insidentdən sonra ölkədə və xaricdə terrorçuluqla mübarizə proqramını işə salıb.

    "Report" "Franc-Press"ə istinadən xəbər verir ki, Danimarka hakimiyyəti anti-terror tədbirlərinə 150 milyon dollar sərf etməyi planlaşdırır.

    Plan Danimarka xüsusi xidmət orqanlarına ayrılan maliyyə vəsaitlərinin artırılmasını nəzərdə tutur ki, bu da əməkdaşlara "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qoşulmaq istəyən danimarkalıların xaricə getməsinə yaxşı nəzarət etmək imkanı verəcək.

    Qeyd olunur ki, ayrılacaq vəsaitin demək olar ki, yarısı hərbi kəşfiyyatın fəaliyyətinin maliyyələşdirilməsinə yönələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi