Con Kerri nüvə danışıqları ilə bağlı İran rəsmiləri ilə görüşür

Con Kerri nüvə danışıqları ilə bağlı İran rəsmiləri ilə görüşür İranın nümayəndə heyətinə xarici işlər naziri Javad Zarif başçılıq edir
Digər ölkələr
22 Fevral , 2015 18:25
Con Kerri nüvə danışıqları ilə bağlı İran rəsmiləri ilə görüşür

Bakı. 22 Fevral. REPORT.AZ/ Fevralın 22-də ABŞ-ın Dövlət katibi Con Kerrinin Tehranın nüvə proqramına dair İran rəsmiləri ilə iki günlük görüşü başlayır.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, Kerry deyib ki, Tehran öz nüvə proqramının sülhməramlı olduğunu sübut etmək üçün bəzi zəruri addımları atmasa, Amerika danışıqlardan çəkilməyə hazırdır.

Cenevrədə keçirilən bu görüş martın 31-dək, yəni çərçivə sazişi üçün qoyulmuş son tarixədək tərəflərin öz aralarında ziddiyyətləri aradan qaldırmaq cəhdidir.

İranın nümayəndə heyətinə xarici işlər naziri Javad Zarif başçılıq edir.

Son xəbərlər

Orphus sistemi