​Çinin dövlət başçısı Qazaxıstan prezidentini "G-20"liyin zirvə toplantısına dəvət edib

​Çinin dövlət başçısı Qazaxıstan prezidentini "G-20"liyin zirvə toplantısına dəvət edib Çin 2015-ci il dekabrın 1-dən etibarən "G-20"-liyə sədrlik etməyə başlayıb
Digər ölkələr
20 Yanvar , 2016 17:09
​Çinin dövlət başçısı Qazaxıstan prezidentini G-20liyin zirvə toplantısına dəvət edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Çinin dövlət başçısı Si Tszinpin Qazaxıstan prezidenti Nursultan Nazarbayevi "Böyük-20"liyin ("G-20") zirvə toplantısına dəvət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Çinin Qazaxıstandakı səfiri Çjan Xanxuey "Bir zolaq - bir yol" adlı beynəlxalq konfransın fasiləsi zamanı bildirib.

"G-20"liyin zirvə toplantısı 2016-cı il sentyabrın 4-5-də Çinin Xançjou şəhərində keçiriləck.

Qeyd edək ki, Çin 2015-ci il dekabrın 1-dən etibarən "G-20"liyə sədrlik etməyə başlayıb. Toplantıya ev sahibliyi edən dövlətin başçısı sammitə qonaq dəvət edə bilər. Qazaxıstan prezidenti də bu prinsipə uyğun olaraq, tədbirə dəvət edilib.

Son xəbərlər

Orphus sistemi