Yuxarı

​Çinin dövlət başçısı Qazaxıstan prezidentini "G-20"liyin zirvə toplantısına dəvət edib

Çin 2015-ci il dekabrın 1-dən etibarən G-20-liyə sədrlik etməyə başlayıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Çinin dövlət başçısı Si Tszinpin Qazaxıstan prezidenti Nursultan Nazarbayevi "Böyük-20"liyin ("G-20") zirvə toplantısına dəvət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Çinin Qazaxıstandakı səfiri Çjan Xanxuey "Bir zolaq - bir yol" adlı beynəlxalq konfransın fasiləsi zamanı bildirib.

"G-20"liyin zirvə toplantısı 2016-cı il sentyabrın 4-5-də Çinin Xançjou şəhərində keçiriləck.

Qeyd edək ki, Çin 2015-ci il dekabrın 1-dən etibarən "G-20"liyə sədrlik etməyə başlayıb. Toplantıya ev sahibliyi edən dövlətin başçısı sammitə qonaq dəvət edə bilər. Qazaxıstan prezidenti də bu prinsipə uyğun olaraq, tədbirə dəvət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi