Çində sərnişin dolu avtobusu yandıran cinayətkar edam edilib

Çində sərnişin dolu avtobusu yandıran cinayətkar edam edilib İttihama görə, Ma Yunpin bu cinayəti şəxsi münaqişə zəminində kin və nifrət hissi ilə törədib
Digər ölkələr
29 Sentyabr , 2016 09:47
Çində sərnişin dolu avtobusu yandıran cinayətkar edam edilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Çində sərnişinlə dolu avtobusu yandıran Ma Yunpin edam edilib.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, sentyabrın 29-da ölkənin Ali Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib və barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

İttihama görə, Ma Yunpin bu cinayəti şəxsi münaqişə zəminində kin və nifrət hissi ilə törədib.

Qeyd edək ki, bu il yanvarın 5-də o, Çinin Ninci-Xuey muxtar bölgəsində sərnişinlə dolu avtobusu yandırıb. Hadisə nəticəsində 18 nəfər ölüb, 32 nəfər isə yaralanıb.   

Son xəbərlər

Orphus sistemi