Çilidə təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

Çilidə təyyarə qəzası nəticəsində 2 nəfər ölüb Eyni zamanı daha 2 nəfər də yaralanıb
Digər ölkələr
26 İyun , 2016 07:45
Çilidə təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

Bakı. 26 iyun. REPORT.AZ/ Çilinin Çiloe adası yaxınlığında amfibiya tipli kiçik təyyarə körfəzə düşüb.

"Report" xəbər verir ki, bu barədə şənbə günü "La Tercera" qəzeti öz saytında məlumat verib.

Məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Təyyarədə ümumilikdə 4 nəfər olub. İlkin məlumata görə, təyyarə elektrikötürücü xəttlərə ilişdikdən sonra suya düşüb. Hadisənin təfərrüatları öyrənilir.

Son xəbərlər

Orphus sistemi