​"Charlie Hebdo" jurnalı Məhəmməd peyğəmbərin karikaturasını yenidən dərc edib

​"Charlie Hebdo" jurnalı Məhəmməd peyğəmbərin karikaturasını yenidən dərc edib Jurnalın növbəti sayı 3 milyon tirajla çap olunub
Digər ölkələr
14 Yanvar , 2015 09:03
​Charlie Hebdo jurnalı Məhəmməd peyğəmbərin karikaturasını yenidən dərc edib

Bakı. 14 yanvar. REPORT.AZ/ Çərşənbə günü səhər Fransada "Charlie Hebdo" satirik jurnalının yeni sayı çapdan çıxıb. Bu, ötən həftə nəşrin redaksiyasına 8-i jurnalist olmaqla 12 nəfərin ölümü ilə nəticələnən silahlı basqından sonra buraxılan ilk saydır.

"Report" BBC-yə istinadən xəbər verir ki, jurnalın yeni buraxılışının üz qabığında yenidən İslam peyğəmbəri Məhəmmədin (s) əlində "Je suis Charlie" ("Mən - Şarliyəm") lövhəciyi tutan karikaturası yerləşdirilib.

Jurnalın növbəti sayı 3 milyon tirajla çap olunub.

Son xəbərlər

Orphus sistemi