Bakı. 19 may. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın cənubunda yerləşən ticarət mərkəzində partlayış olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qaz partlaması nəticəsində 13 nəfər yaralanıb.
"Jakarta Post" nəşrinin məlumatına görə, hadisə bu gün səhər Cənubi Cakarta bələdiyyəsində baş verib. Partlayış "Gandaria City Mall" ticarət mərkəzinin aşağı mərtəbələrinin birində olub.
Yerli polis nümayəndəsinin verdiyi məlumata görə, partlayış nəticəsində 13 nəfər yanıq xəsarətləri alıb, onlardan yeddisi ağır yaralanıb.