Buxarestdə gecə klubundakı yanğın zamanı ölənlərin sayı 29-a çatıb

Buxarestdə gecə klubundakı yanğın zamanı ölənlərin sayı 29-a çatıb İlkin məlumatlara görə, hadisəyə atəşfəşanlıq səbəb olub
Digər ölkələr
1 Noyabr , 2015 14:51
Buxarestdə gecə klubundakı yanğın zamanı ölənlərin sayı 29-a çatıb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Rumıniyanın paytaxtı Buxarest şəhərində gecə klubundakı yanğın zamanı ölənlərin sayı 29-a çatıb. Səhər saatlarında daha 2 nəfər dünyasını dəyişib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin Səhiyyə Nazirliyinin baş katibi Raed Arafat deyib.

İlkin məlumatlara görə, hadisəyə atəşfəşanlıq səbəb olub. Belə ki, musiqi qrupu "Öləcəyimiz gün" adlı kompozisiyanı ifa edərkən atəşfəşanlıq başlayıb. Nəticədə partlayış və ardından yanğın olub.

Faciə zamanı yeraltı məkanda 500-ə yaxın adam olub. İnsident nəticəsində təxminən 200 nəfər ciddi xəsarət alıb. Tibb işçiləri faciə qurbanlarının sayının artacağını istisna etmir. Çünki 146 nəfər ağır yanıq xəsarətləri alıb. Eyni zamanda daha 25 nəfərin durumu kritik həddədir.

Son xəbərlər

Orphus sistemi