Yuxarı

Buxarestdə gecə klubundakı yanğın zamanı ölənlərin sayı 29-a çatıb

İlkin məlumatlara görə, hadisəyə atəşfəşanlıq səbəb olub

Bakı. 1 noyabr. REPORT.AZ/ "Rumıniyanın paytaxtı Buxarest şəhərində gecə klubundakı yanğın zamanı ölənlərin sayı 29-a çatıb. Səhər saatlarında daha 2 nəfər dünyasını dəyişib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin Səhiyyə Nazirliyinin baş katibi Raed Arafat deyib.

İlkin məlumatlara görə, hadisəyə atəşfəşanlıq səbəb olub. Belə ki, musiqi qrupu "Öləcəyimiz gün" adlı kompozisiyanı ifa edərkən atəşfəşanlıq başlayıb. Nəticədə partlayış və ardından yanğın olub.

Faciə zamanı yeraltı məkanda 500-ə yaxın adam olub. İnsident nəticəsində təxminən 200 nəfər ciddi xəsarət alıb. Tibb işçiləri faciə qurbanlarının sayının artacağını istisna etmir. Çünki 146 nəfər ağır yanıq xəsarətləri alıb. Eyni zamanda daha 25 nəfərin durumu kritik həddədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi