Brüssel hava limanında çevik komanda yerləşdiriləcək

Brüssel hava limanında çevik komanda yerləşdiriləcək Hava limanlarında təhlükəsizliyin təmin olunması üzrə əlavə tədbirlər çərçivəsində krallıq hökuməti cəmi 200 xüsusi təlim keçmiş polis ayırır
Digər ölkələr
5 Sentyabr , 2016 10:41
Brüssel hava limanında çevik komanda yerləşdiriləcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ekstremal vəziyyətlər, o cümlədən terror aktlarının baş verməsi halında çevik komanda 2017-ci ilin əvvəlindən başlayaraq daimi olaraq Brüsselin beynəlxalq hava limanında olacaq. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belçika DİN rəhbəri Yan Yambonun bəyanatında deyilir. 

"Soir" qəzetinin məlumatına görə, hava limanlarında təhlükəsizliyin təmin olunması üzrə əlavə tədbirlər çərçivəsində krallıq hökuməti cəmi 200 xüsusi təlim keçmiş polis ayırır.

Son xəbərlər

Orphus sistemi