Britaniyada qaz istehlakının azalması CO2 emissiyalarına mənfi təsir edib

Britaniyada qaz istehlakının azalması CO2 emissiyalarına mənfi təsir edib Böyük Britaniyada karbon qazı və digər istixana qazlarının emissiyaları 2023-cü ildə 5,4% azalıb.
Digər ölkələr
29 Mart , 2024 00:58
Britaniyada qaz istehlakının azalması CO2 emissiyalarına mənfi təsir edib

Böyük Britaniyada karbon qazı və digər istixana qazlarının emissiyaları 2023-cü ildə 5,4% azalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika və Karbon Neytrallığı Nazirliyi məlumat yayıb.

Bu göstərici Britaniyanın bir çox istilik elektrik stansiyalarında işlədilən təbii qaz istehlakının azalması ilə izah olunur.

“2023-cü ildə azalma ilk növbədə elektrik enerjisi təchizatı, tikinti və binaların istismarı sektorlarında, eləcə də məhsulların tərkibində istixana qazlarından istifadə sektorunda qaz tələbatının azalması ilə bağlıdır”, - qurumun açıqlamasında bildirilir.

Vurğulanıb ki, ölkədə elektrik enerjisi, mal və xidmətlərin qiymətlərinin artması sakinlərin evlərini daha az qızdırmağa başlamasına səbəb olub. Keçən il Britaniya ev təsərrüfatları tərəfindən elektrik enerjisi və qaz istehlakı son 50 ilin minimum səviyyəsinə çatıb. Bundan əlavə, Fransada nüvə enerjisi istehsalının artması, onun Böyük Britaniya tərəfindən idxalı, həmçinin Britaniyanın enerji ixracının azalması krallıqdakı qazla işləyən istilik elektrik stansiyalarının yükünü azaldıb. Britaniya metallurgiya sənayesi də daha az yanacaq istehlak etməyə başlayıb.

Krallığın 2023-cü il üçün ümumi istixana qazları emissiyası 384,2 milyon ton CO2 ekvivalenti təşkil edib. Bu, 1990-cı illə müqayisədə təxminən iki dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi