Hindistanda atışma olub, iki polis ölüb

Hindistanda atışma olub, iki polis ölüb Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF - hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb.
Digər ölkələr
27 Aprel , 2024 11:33
Hindistanda atışma olub, iki polis ölüb

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF - hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə Manipur ştatının şimal-şərqindəki Vişnupur rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının daha iki üzvü ağır yaralanıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu güman edilən bir qrup yaraqlı təhlükəsizlik qüvvələrinin postlarına atəş açıb. Ekstremistlər hərbçilərə qumbara da atıblar.

Son xəbərlər

Orphus sistemi