Bakı. 7 may. REPORT.AZ/ Böyük Britaniyada parlament seçkilərinin səsvermə mərhələsi başlayıb. "Report" xəbər verir ki, bu haqda Britaniya KİV-i məlumat yayıb. Seçicilərin ümumi sayı 45 milyondur.
650 yerlilik parlament uğrunda əsasən Mühafizəkarlar, Leyboristlər, Liberal -Demokratlar, Birləşmiş Krallığın Müstəqiliyi və Şotlandiyanın Müstəqilliyi partiyaları mübarizə aparırlar.