Boliviya Çiliyə qarşı ərazi iddiasını bir daha qabardacaq

Boliviya Çiliyə qarşı ərazi iddiasını bir daha qabardacaq Söhbət Boliviyanın Sakit okeana çıxışını təmin edən Antofaqasta rayonun 19 əsrdə itirilməsindən gedir
Digər ölkələr
7 Aprel , 2015 06:25
Boliviya Çiliyə qarşı ərazi iddiasını bir daha qabardacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Boliviya prezindenti Evo Morales bəyan edib ki, 19 əsrdə yaşanan silahlı münaqişə nəticəsində Sakit okeana çıxışı itirən ölkəsi bununla barışmayacaq və öz əzəli torpaqlarını Çilidən geri tələb edəcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu həftə Panamada keçiriləcək Amerika Sammitində mövzunu bir daha gündəmə gətirəcəyini deyən E.Morales, 2014-cü ildə şəxsən Haaqaya səfər edərək qonşu Çili dövlətini məhkəməyə verdiyini xatırladıb.

Qeyd edək ki, söhbət silahlı münaqişə nəticəsində Boliviyanın Sakit okeana çıxışını təmin edən Antofaqasta rayonun itirilməsindən gedir. İndi Boliviya beynəlxalq məhkəmə vasitəsi ilə Sakit okeana çıxışını təmin etmək istəyir.

Boliviya prezidentinin təqdim etdiyi sənədlərin tərkibi konfidensial xarakter daşıyır. 

Son xəbərlər

Orphus sistemi