Bakı.24 fevral. REPORT.AZ/ Bu gün BMT Ukraynaya yardımla bağlı yeni planını Kiyevdə təqdim edib.
"Report" "unian.net"ə istinadən xəbər verir ki, qurum Ukraynaya 2015-ci il üçün humanitar yardımı 189 milyon dollardan 316 milyon dollaradək artırıb.
BMT-nin Humanltar məsələlər üzrə əlaqələndiricisinin hesabatında bildirilib ki, humanitar yardımın artırılmasına səbəb Ukraynada vəziyyətin ağırlaşmasıdır.
Qurumun hesabatına əsasən, Debaltsevoda beş mindən çox dinc sakinin qeyri-ərzağa və tibbi yardıma ehtiyacı var.