BMT Təhlükəsizlik Şurası Fransa, Küveyt və Tunisdəki terror aktlarını qınayıb

BMT Təhlükəsizlik Şurası Fransa, Küveyt və Tunisdəki terror aktlarını qınayıb Təhlükəsizlik Şurasının üzvləri təqsirkarların dərhal məsuliyyətə cəlb olunmasını tələb edib
Digər ölkələr
27 İyun , 2015 12:45
BMT Təhlükəsizlik Şurası Fransa, Küveyt və Tunisdəki terror aktlarını qınayıb

Bakı. 27 iyun. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 26-da Fransada kimya zavoduna, Küveytdə məscidə və Tunisin Sus şəhəri yaxınlığındakı 2 mehmanxanaya edilən terror hücumlarını qətiyyətlə pisləyib. "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, şura üzvləri ölənlərin ailələrinə başsağlığı verib və təqsirkarların dərhal məsuliyyətə cəlb olunmasını tələb edib.

Təhlükəsizlik Şurası terror aktlarının beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı təhdidlərlə mübarizəyə tərəfdar olduğunu bir daha bəyan edib. Şura üzvləri vurğulayıblar ki, istənilən terror aktları cinayətdir və səbəbindən asılı olmayaraq buna haqq qazandırmaq olmaz. 

Son xəbərlər

Orphus sistemi